Bank Of Baku

«Azərenerji» ASC iyunda dövlət büdcəsinə ödənişləri 46% artırıb

«Azərenerji» ASC iyunda dövlət büdcəsinə ödənişləri 46% artırıb
# 14 iyul 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 11 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət büdcəsinə ödənişlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,6% artıb.

Cari ilin yanvar-iyun aylarında isə səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə 68,5 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR