Bank Of Baku

Azərbaycanın ən böyük iki su elektrik stansiyasında təmir işləri aparılacaq

Azərbaycanın ən böyük iki su elektrik stansiyasında təmir işləri aparılacaq
# 14 iyul 2009 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın ən böyük iki su elektrik stansiyasında (SES) təmir işlərinin aparılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

«Mingəçevir SES Silsiləsi»nə daxil olan «Mingəçevir» və «Varvara» SES-lərdə cari və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. «Mingəçevir» SES üzrə 4 saylı hidroaqreqatda əsaslı, digər hidroaqreqatlarda cari təmir işləri aparılacaq, həmçinin derivasiya qalereyasının tikintisi həyata keçiriləcək.

«Varvara» SES üzrə isə hidroaqreqatlarda cari təmirin keçirilməsi, 35 KV-luq açıq paylayıcı quruluşun kontakt birləşmələrinin təftiş edilməsi planlaşdırılıb.

Qeyd edək ki, «Mingəçevir SES Silsiləsi»nin ümumi gücü 400 MVt-dan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR