Bank Of Baku

«BP Azerbaijan» 2009-cu il üçün Neft-qaz ixtisaslı Tələbələr üçün Təqaüd Proqramı elan edib

«BP Azerbaijan» 2009-cu il üçün Neft-qaz ixtisaslı Tələbələr üçün Təqaüd Proqramı elan edib
# 14 iyul 2009 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «BP Azerbaijan» şirkəti 2009-cu il üçün Neft-qaz ixtisaslı Tələbələr üçün Təqaüd Proqramı elan edib. Bu barədə «APA-Economics»ə «BP Azerbaijan» şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Proqram ixtisaslı Azərbaycan vətəndaşlarına Türkiyədəki Midl İst Teknikal, İstanbul Teknikal və Bosfor universitetlərində neft-qaz, mexanika, geologiya, dağ-mədən işləri, mülki tikinti, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə dörd il bakalavr təhsili almağa imkan verəcək.

Qeyd edək ki, bu proqrama 2003-cü ildən bəri öz tərəfdaşları adından BP şirkəti rəhbərlik edir. Proqramın bir hissəsi kimi neft və qaz sahəsində bakalavr təhsili almaq üçün nüfuzlu beynəlxalq universitetlərə indiyədək təxminən 50 nəfər azərbaycanlı göndərilib.

Proqramda adları yuxarıda qeyd edilmiş Türkiyə universitetlərinin birinə artıq qəbul edilmiş Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR