Bank Of Baku

Azərbaycan qazının Bolqarıstana nəqlinə dair üçtərəfli saziş imzalanıb

Azərbaycan qazının Bolqarıstana nəqlinə dair üçtərəfli saziş imzalanıb
# 15 iyul 2009 09:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa məlumat verib. Onun sözlərinə görə, sazişə Bolqarıstanın Enerji Holdinqi (BEH), Yunanıstanın “DEPA” qaz şirkəti və İtaliyanın “Edison” qaz şirkəti imza atıb: “Artıq bu barədə məlumatı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə çatdırmışıq və öncədən də müzakirələr aparmışdıq. Azərbaycanla müvafiq sazişin imzalanması Azərbaycan və Türkiyə arasında tranzit qazın nəqlinə dair saziş imzalandıqdan sonra mümkün olacaq”.
“Bu saziş “Naducco”-ya alternativ olacaqmı” sualını cavablandıran C.Maşa deyib ki, Avropa İttifaqı enerji daşıyıcılarının diversifikasiyasının tərəfdarıdır: ““Naducco” 5 ildən sonra həyata keçiriləcək, bu layihə isə daha az maliyyə tələb edir və 2012-ci ildə istifadəyə verilə bilər”.
Səfir xatırladıb ki, Bolqarıstan prezidenti Georgi Pırvanov son dəfə Azərbaycanda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakının Sofiyaya qaz satacağına dair söz verib: “Bu layihə də həmin vədin yerinə yetirilməsinə doğru bir addımdır”.
Qeyd edək ki, ITGI qaz boru kəməri layihəsi ilə Azərbaycan qazı İtaliya və Yunanıstana nəql olunur. Hazırda layihə çərçivəsində 1 milyard kub metr qaz ixrac olunur. 2012-ci ilə qədər İtaliya və Bolqarıstan arasında 150 km uzunluğunda yeni qaz boru kəməri inşa ediləcək. Bundan sonra İtaliya 10 milyard, Yunanıstan 1 milyard, Bolqarıstan isə 1-3 milyard kub metr qaz alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR