Bank Of Baku

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi haqları üzrə yığım 79,4% təşkil edib

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi haqları üzrə yığım 79,4% təşkil edib
# 15 iyul 2009 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi haqları üzrə yığım 79,4% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib. Hesabat dövründə yığım səviyyəsinin ən yüksək olduğu rayonlar Hacıqabul (118,9%), Şirvan (110,7%), Ağstafa (104,3%), Ucar (102,7%), Mingəçevir (102,5%), Göyçay (101,5%), Tovuz (100,3%) olub. Ən az ödənişlər isə Ağdam (62,9%), Füzuli (65,1%) və Quba (68,6%) rayonlarında həyata keçirilib.

Hesabat dövründə o cümlədən, «Bakıelektrikşəbəkə» ASC-nin xidmət göstərdiyi Bakı şəhəri üzrə yığımlar 75,1% təşkil edib. Bakı şəhəri üzrə ən yüksək ödəniş səviyyəsi Nizami rayonunda (96,4%), ən aşağı isə Sabunçu rayonunda (49,3%) qeydə alınıb.

İyun ayında isə respublika üzrə elektrik haqlarının ödənişi 93,7%, o cümlədən Bakı şəhəri üzrə 92,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR