Bank Of Baku

İlin ilk yarısında Azərbaycanda təbii qaz haqqının yığım səviyyəsi 66,2% təşkil edib

İlin ilk yarısında Azərbaycanda təbii qaz haqqının yığım səviyyəsi 66,2% təşkil edib
# 15 iyul 2009 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda təbii qaz haqqının yığım səviyyəsi 66,2% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Yanvar – iyun aylarında yığım səviyyəsinin ən yüksək olduğu rayonlar Siyəzən (164,8%),Yardımlı (100,6%) və Balakəndir (100,5%). Ən az ödənişlər isə Neftçala (42,3%), Hacıqabul (47,2%) və Gəncə şəhərində (47,6%) qeydə alınıb.

Hesabat dövründə Bakı şəhəri üzrə təbii qazın haqqının yığımı 62,1% təşkil edib.

İyun ayında isə respublika üzrə təbii qazın yığımı 100,2%, o cümlədən Bakı şəhəri üzrə 102,3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR