Bank Of Baku

Azərbaycanın hasilat sənayesində ödənişlər və daxilolmalar barədə 11-ci mərhələ üzrə hesabatların auditini aparacaq şirkətin adı məlum olub

Azərbaycanın hasilat sənayesində ödənişlər və daxilolmalar barədə 11-ci mərhələ üzrə hesabatların auditini aparacaq şirkətin adı məlum olub
# 15 iyul 2009 14:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin hökumətinə ödənişləri və Azərbaycan hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 11-ci mərhələ üzrə hesabatlarının auditini «Moore Stephens» şirkəti keçirəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

Fonddan bildirilib ki, bu gün Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun iclası keçirilib. Hökuməti, QHT-lər Koalisiyası və Şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin «Moore Stephens» şirkəti tərəfindən keçirilməsinə qərar verib.

Qeyd edək ki, Memoranduma uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 audit şirkətinə («Deloitte», «PricewaterhouseCoopers», «Ernst & Young» və «Moore Stephens») müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR