Bank Of Baku

Sabah Naxçıvanda Azərbaycanla Türkiyə arasında qaz alğı-satqısına dair danışıqların növbəti raundu keçiriləcək

Sabah Naxçıvanda Azərbaycanla Türkiyə arasında qaz alğı-satqısına dair danışıqların növbəti raundu keçiriləcək
# 16 iyul 2009 09:43 (UTC +04:00)
Bakı – APA. İyulun 17-də Naxçıvanda Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında danışıqların növbəti raundu keçiriləcək. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, danışıqlarda Türkiyənin Azərbaycandan aldığı təbii qazın qiyməti və miqdarı müzakirə olunacaq. Azərbaycanın gələcəkdə “Nabucco” kəmərinə qaz verməsi məsələsi də gündəmə gələcək. Türkiyə tərəfi görüşdə təbii qazın qiyməti və miqdarı ilə bağlı razılıq əldə olunacağına ümid edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR