Bank Of Baku

Ukrayna səfiri: “Arzum odur ki, qazın siyasi əmtəə olmadığı günü görüm”

Ukrayna səfiri: “Arzum odur ki, qazın siyasi əmtəə olmadığı günü görüm”
# 16 iyul 2009 11:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Ukrayna Azərbaycanla Rusiya arasında qaz satışına dair imzalanmış sazişi, həmçinin “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişi alqışlayır”. APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanın yeni qaz bazarlarına çıxışını dəstəklədiklərini bildirib: “Dünyada hər şey bir-biri ilə əlaqəlidir. Bu müqavilə bizə qiymət, tranzit məsələlərində yeni şeylər öyrədəcək”.

Diplomat “Nabucco” layihəsinə də toxunaraq bu layihənin ilk baxışdan Ukrayna ərazisindən keçən qaz kəmərlərinə alternativ kimi göründüyünü söyləyib: ”Avropa 2015-ci ilə qədər qaz nəqlini 1,7 dəfə artıracaq. Ona görə də Ukrayna indidən özünün qaz nəqli sisteminin rekonstruksiyasına başlayır, Avropaya əlavə 60 milyard kubmetr qaz verməyə hazırlaşır. “Nabucco” ilə gələcəkdə nəql olunacaq 31 milyard kubmetr qaz Avropa üçün azdır. Nəzərə alın ki, Norveçin yataqları da tükənir. Boru kəmərlərinin rəqabəti, kimdənsə yan keçməsi barədə söhbətlər biznesə aid olan məsələni siyasiləşdirməkdir. Mənim arzum odur ki, qazın siyasi əmtəə olmadığı günü görüm. Neft artıq siyasi əmtəə deyil”.

Səfir İkinci Dünya müharibəsi zamanı və ondan sonra kömür və poladın Avropada siyasi əmtəə sayıldığını xatırladıb: “Məhz Avropa kömür-polad birliyinin yaranması Avropa Birliyinin formalaşmasına, sərhədlərin açılmasına səbəb olub. Qaz planetdə qalan son siyasi əmtəədir. Onun bu qisimdə qalması bəşəriyyətə, bütün dünyada istehlakçılara ziyandır. Ona görə də biz “Nabucco”nu alqışlayırıq. Çünki bu, əyər-əskiyi hesablanmış layihədir, qiymətin formalaşdırılması və yeni bazar münasibətləri deməkdir”.

B. Klimçuk Ukraynanın iri şirkətlərinin “Nabucco” layihəsinə maraq göstərdiyini və kəmərin inşasında iştirak etmək niyyətində olduqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR