Bank Of Baku

Cari ilin birinci yarısında sənayedə 9 314,3 mln. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib

Cari ilin birinci yarısında sənayedə 9 314,3 mln. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib
# 17 iyul 2009 08:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin birinci yarısında Azərbaycan sənayesində 9 314,3 mln. manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İstehsalın 91,3%-i malların, 8,7%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənaye məhsulunun 22,7%-i dövlət, 77,3%-i isə özəl bölmənin müəssisələrində istehsal edilib. Sənaye məhsulu istehsalının 71,8%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərin göstərilməsi 2,6% artıb, 21,5%-lik paya malik olan emal bölməsində 8,2%, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 6,1% azalıb.

Sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 417,8 mln. manatlıq və ya ümumi buraxılışın 4,5%-i qədər sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.

İstehsal edilmiş sənaye məhsulunun 99,8%-i istehlakçılara göndərilib. İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 216,7 mln. manatlıq və ya iyun ayının 1-i vəziyyəti ilə müqayisədə 3,3 mln. manat az hazır məhsul ehtiyatı olub. Ehtiyatların daha çox hissəsi - 63,1%-i Bakının payına düşüb, 10,2%-i Sumqayıt, 2,2%-i Gəncə, 3,1%-i Şirvan, 1,4%-i Mingəçevir şəhərlərinin, 2,7%-i Şəki, 3,9%-i Saatlı və s. rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında öz istehsalı olan məhsullardan əlavə başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 21,8 mln. manat məbləğində digər mallar da olub.

Yanvar-may aylarında sənaye işçilərinin orta aylıq nominal əmək haqqı 451,8 manat təşkil edib və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 547,4 manat olmaqla dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,4 dəfə yüksək olub. Əmək haqqı mədənçıxarma sənayesində 2,7%, emal sənayesində 16,7%, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 8,2% artıb. Əmək haqqının daha yüksək səviyyəsi mədənçıxarma sənayesi, neft emalı, nəqliyyat avadanlıqlarının istehsalı, digər qeyri-metal mineral maddələrin istehsalı və metallurgiya sahələrində qeydə alınıb.

Hesabat dövründə mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,6% yüksək olub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 20,6 mln. ton neft və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% çox, 5 483,6 mln. kub metr və ya 31,3% çox əmtəəlik təbii qaz hasil edilib.

Sənayenin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə istehsalın həcmi 6,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR