Bank Of Baku

Bu ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 24,8 mln. ton neft nəql edilib

Bu ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 24,8 mln. ton neft nəql edilib
# 17 iyul 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 24,8 mln. ton neft nəql edilib. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.

DSK-dan bildirib ki, nəqletmənin 77,1%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan BTC neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 18,6 mln. ton neft ötürülüb. Cari ilin birinci yarısında BTC kəməri ilə 907,7 min ton Qazaxıstan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 8,7 milyard kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4% çox qaz nəql edilib. Nəql edilmiş qazın üçdə bir hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 2,9 milyard kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR