Bank Of Baku

ARDNŞ prezidenti Avropa Birliyinin nümayəndə heyətini qəbul edib

ARDNŞ prezidenti Avropa Birliyinin nümayəndə heyətini qəbul edib
# 20 iyul 2009 10:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İsveçin xarici işlər naziri Karl Bildtin rəhbərlik etdiyi Avropa Birliyinin nümayəndə heyətini qəbul edib. ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, K. Bildt Avropa Birliyinin Azərbaycanla bütün sahələrdə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib. İkitərəfli münasibətlərdə xüsusən enerji məsələlərinin böyük əhəmiyyət kəsb etdiyini deyən qonaq AB-nin Azərbaycana enerji ixracatçısı kimi böyük maraq göstərdiyini vurğulayıb. R. Abdullayev isə Azərbaycanın böyük həcmdə enerji resurslarına malik olduğunu xatırladaraq bildirib ki, ölkə təklif edilən və kommersiya baxımından sərfəli bütün layihələrdə iştirak etməyə hazırdır. Azərbaycanın inkişaf etmiş nəql infrastrukturuna malik olduğuna diqqət çəkən R. Abdullayev bəyan edib ki, ölkə Xəzərin şərq sahilindən karbohidrogenlərin etibarlı nəqlini həyata keçirməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR