Bank Of Baku

Bu ilin I yarısında Azərbaycanda istehlakçılara 2,9 mln. ton neft məhsulları göndərilib

Bu ilin I yarısında Azərbaycanda istehlakçılara 2,9 mln. ton neft məhsulları göndərilib
# 20 iyul 2009 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılara (ixrac da daxil olmaqla) 2,9 mln. ton neft məhsulları göndərilib. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bunun 58,8%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 41,2%-i isə ixrac olunub. Neft məhsullarının 37,4%-ni dizel yanacağı, 19,4%-ni avtomobil benzini, 12,2%-ni aviasiya üçün və sair ağ neft, 7,4%-ni mazut yanacağı, 3,7%-ni neftbitum, 2,8%-ni mayeləşdirilmiş qazlar, 0,4%-ni sürtkü yağları, 16,7%-ni isə digər məhsullar təşkil edib.

Aviasiya üçün ağ neftin 97,7%-i “Azərbaycan Hava Yolları” QSC və 2,3%-i digər təşkilatlara, sürtkü yağlarının 45,5%-i, dizel yanacağının 46%-i, avtomobil benzininin 21,4%-i, mazut yanacağının 6,1%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyat İdarəsinə, avtomobil benzininin 52,2%-i, dizel yanacağının 34,5%-i “Azpetrol” Holding-ə, avtomobil benzininin 16,6%-i, dizel yanacağının 11,7%-i “Lukoyl” ASC - yə, sürtkü yağlarının 8,8%-i, dizel yanacağının 2,6%-i Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, mazut yanacağının 64,7%-i ”Azərenerji” ASC-yə, 17,7%-i məhsul istehsalı üçün Heydər Əliyev adına Bakı neft emalı zavoduna, sürtkü yağlarının 45,7%-i, mazut yanacağının 11,5%-i, avtomobil benzininin 9,8%-i, dizel yanacağının 5,2%-i özəl təşkilatlara göndərilib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyat İdarəsi 2009-cu ilin yanvar-iyun aylarında neft emalı zavodlarından daxil olan avtomobil benzininin 86,1%-ni, mazut yanacağının 50,1%-ni, sürtkü yağlarının 38,9%-ni, dizel yanacağının 36,7%-ni, ağ neftin 5%-ni özəl təşkilatlara realizə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR