Bank Of Baku

Rustavidə yeni poladəritmə sexi işə başlayıb

Rustavidə yeni poladəritmə sexi işə başlayıb
# 20 iyul 2009 11:40 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. İyirmi illik fasilədən sonra Rusitavi Metallurgiya Kombinatında "Gürcü-polad" MMC-nin nəzdində polad əritmə sexi işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, burada olan köhnə qurğuların 80 faizi yeniləndikdən sonra sex tam gücü ilə fəaliyyətə başlayacaq. Kombinatının baş direktoru Vitali Eliqulaşvili jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, burada xammal kimi istifadə olunan poladın lazımi markaya qaldırılması üçün yeni sobalar alınıb və müəssisənin ərazisində yeni poladəritmə kompleksinin müasir standartlara uyğun tikintisinə başlanılıb. Hələlik sexdə rekonstruksiya və montaj işləri gedir. Burada həm də xarici tərəfdaşlar olan bacarıqlı mütəxəssislər çalışır. Rustavi Metallurgiya Kombinatının mətbuat xidmətinin əməkdaşı Maka Qvaratsxeliyanın APA-ya verdiyi məlumatda qeyd olunub ki, ilk tam keyfiyyətli polad məhsulu avqust ayında istehsal olacaq. Böhrandan əvvəl burada çalışan və Rustavi şəhər sakinləri olan gürcülər və azərbaycanlılar da gələcəkdə bu müəssisədə çalışacaq və qismən də olsa bu sənaye şəhərində işsizliyin sayı azalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR