Bank Of Baku

ARDNŞ ötən ay 13 919 metr qazma işi həyata keçirib

ARDNŞ ötən ay 13 919 metr qazma işi həyata keçirib
# 20 iyul 2009 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13 919 metr qazma işi həyata keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Görülmüş işlərin 13 805 metri istismara, 114 metri isə kəşfiyyata aid olub. Ümumilikdə, 2009-cu ilin əvvəlindən iyulun 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 94 028 metr qazma işi görülüb. Bunun 93 684 metri istismara, 344 metri isə kəşfiyyata aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR