Bank Of Baku

«Qaradağ Sement» «A.M.Emal Sənaye» MMC-yə qarşı əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iddia qaldırıb

«Qaradağ Sement» «A.M.Emal Sənaye» MMC-yə qarşı əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iddia qaldırıb
# 21 iyul 2009 10:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Qaradağ Sement» ASC «A.M.Emal Sənaye» MMC-yə qarşı əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iddia tələbi qaldırıb. Bu barədə «APA-Economics»ə «Qaradağ Sement» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

İddiaya 2 Saylı Bakı Yerli İqtisad Məhkəməsində məhkəmə prosesinə baxılıb. İddia tələbinə əsasən, “A.M.Emal Sənaye” MMC istehsal etdiyi sement kisələrində “Qaradağ-Sement” ASC-yə məxsus “Spesial” adlı sement kisələrinin formasından istifadə edib. Məhkəmənin qətnaməsinə əsasən “A.M.Emal Sənaye” MMC-nin istehsal etdiyi sement kisələrində “Qaradağ Sement” ASC-yə məxsus əmtəə nişanlarından istifadə olunması faktı sübuta yetirilib və adıçəkilən şirkətin “Qaradağ-Sement” ASC-nin əmtəə nişanlarından istifadəsi qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR