Bank Of Baku

“Neft Daşları” yatağında daha bir quyu istismara verilib

“Neft Daşları” yatağında daha bir quyu istismara verilib
# 21 iyul 2009 10:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” yatağındakı 1887 nömrəli platformadan qazdığı 2283 nömrəli quyu istismara daxil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Quyu 2430-2437 metr dərinlikdən, fasilə lay dəstəsindən gün ərzində 67 ton neft verir. Ehtiyatda daha bir neçə məhsuldar horizont mövcuddur. Yeni quyunun yüksək debitli olması yataqda hələ böyük həcmdə qalıq çıxarılabilən neft ehtiyatlarının olmasından xəbər verir.

Qeyd edək ki, 2006-cı ildə “Neft Daşları” yatağının çoxlaylı 5-ci blokunda istifadəyə verilmiş 1887 nömrəli platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub ki, geoloqlar həmin quyulardan sutkada 1000 ton neft almağı proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR