Bank Of Baku

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü Şurasının növbəti iclası Bakıda keçiriləcək

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü Şurasının növbəti iclası Bakıda keçiriləcək
# 22 iyul 2009 08:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü Şurasının növbəti iclası Bakıda keçiriləcək. Bu barədə APA-ya Norveçin Azərbaycandakı səfiri Yon Romberq məlumat verib. Oktyabrın 14-15-də keçiriləcəyi gözlənilən toplantıya Norveç nümayəndələri də qatılacaq. Xatırladaq ki, Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünün katibliyi Norveçin paytaxtı Osloda yerləşir. Bu ilin fevralında keçirilən qlobal konfransda qurumun 20 nəfərlik mövcud şurası formalaşdırılıb. Şuraya vətəndaş cəmiyyətinin, müxtəlif ölkələrin sənaye və sərmayə şirkətlərinin təmsilçiləri daxil olub. Azərbaycan fevralda 30 üzvü olan Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünün tələblərini yerinə yetirən ilk ölkə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR