Bank Of Baku

“Bakıelektrikşəbəkə” iyulun 24-ü saat 12:00-dan borclu abonentlərin işığını kəsəcək

“Bakıelektrikşəbəkə” iyulun 24-ü saat 12:00-dan borclu abonentlərin işığını kəsəcək
# 22 iyul 2009 14:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. “Bakıelektrikşəbəkə” ASC iyulun 24-ü saat 12:00-dək borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatını qeyd-şərtsiz dayandıracaq. Bu barədə “APA-Economics”ə “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dəfələrlə elan verilməsinə və bildirişlərin göndərilməsinə baxmayaraq, bəzi abonentlər istehlak etdikləri enerjinin haqqını ödəməkdən yayınırlar.

Səhmdar cəmiyyəti xəbərdarlıq edib ki, borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR