Bank Of Baku

Göygöl filiz sahəsində ən iri qızıl və gümüş yataqlarının olduğu təsdiqlənib

Göygöl filiz sahəsində ən iri qızıl və gümüş yataqlarının olduğu təsdiqlənib
# 23 iyul 2009 09:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın müxtəlif regionlarında aparılmış axtarış-kəşfiyyat işləri zamanı əlvan və nəcib metal yataqları ilə bağlı perspektivli sahələr aşkarlanıb. APA-Economics»in məlumatına görə, bunu cari ilin ilk 6 ayının yekunlarına dair hökumətin müşavirəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazirin sözlərinə görə, bu perspektivli strukturlar Baş Qafqazın cənub yamacında, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikası ərazisində aşkarlanıb.

«Bir neçə gün bundan əvvəl isə son 5 ildə aparılmış geoloji axtarış işləri nəticəsində yüksək perspektivliyi ilə fərqlənən Göygöl filiz sahəsində qızıl və gümüşün proqnoz ehtiyatlarının hesablanması başa çatıb. Bu sahənin ölkəmizdə ən iri yataqlardan biri olduğu aşkarlanıb», - deyə nazir vurğulayıb.

H. Bağırov onu da qeyd edib ki, artıq Gədəbəy qızıl-mis emalı zavodunda artıq 1000 unsiya qızıl saflaşdırılmaq üçün hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR