Bank Of Baku

“Bakıelektrikşəbəkə” borclu abonentlərin işığını kəsməyə başlayıb

“Bakıelektrikşəbəkə” borclu abonentlərin işığını kəsməyə başlayıb
# 24 iyul 2009 10:55 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətindən bildirilib ki, bununla bağlı abonentlərə xəbərdarlıq edilib, artıq 100-dən çox abonentin enerji təchizatı dayandırılıb.

Səhmdar cəmiyyətindən o da bildirilib ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkündür.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR