Bank Of Baku

“Azərikimya” neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində işləri davam etdirir

“Azərikimya” neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində işləri davam etdirir
# 24 iyul 2009 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərikimya» Dövlət Şirkətinin ölkədə ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir. Bu barədə «APA-Economics»ə «Azərikimya» Dövlət Şirkətinin mətbuat xidmətindən bildirib.

Məlumatda bildirilir ki, inşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq başa çatdırılması istiqamətində son illər şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılmaqdadır. Son iki il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanmış və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.

“Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə «Exxon Mobile» (ABŞ), «İneos» (İngiltərə), «Basell» (Hollandiya), «Uhde» (Thysenn Krupp - Almaniya), «Technip» (Fransa), KBR (İngil¬tərə) şirkətlərinin müasir texnologiya¬la¬rı¬¬nın tət¬biqi nəzərdə tutulub və bunun üçün əməkdaşlıq haqqında memorandum da imzalanıb. Bu layihə ölkədə neft-kimya sənayesinin dinamik inkişafı üçün böyük perspektivlər açacaq. Möhkəm özülə malik bu strategiya Azərbaycanı nəinki dünyanı sarsıdan iqtisadi və maliyyə böhranlarından qətiyyətlə qoruyacaq, hətta ölkənin güclü və qüdrətli iqtisadiyyata malik bir ölkə kimi liderlər sırasında olmasını etibarlı və dönməz şəkildə təmin edəcək”, deyə - Dövlət Şirkətindən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR