Bank Of Baku

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb olunması planlaşdırılır

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb olunması planlaşdırılır
# 24 iyul 2009 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətini (ABMƏŞ) Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə (EİTİ) cəlb etməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş. Mövsümovun sözlərinə görə, artıq şirkət yaxın vaxtlarda ilk istehsalata başlayacaq: «Gözləyirik ki, ilk istehsal olsun, hökumət gəlirlərini götürsün. O zaman Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb ediləcək».

ABMƏŞ «Gədəbəy» yatağından hasil etdiyi ilk 1000 unsiya qızılı sentyabr ayında saflaşdırıb satışa çıxarmağı planlaşdırır.

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR