Bank Of Baku

Neftin qiyməti 70 dolları keçib

Neftin qiyməti 70 dolları keçib
# 25 iyul 2009 10:04 (UTC +04:00)
Neftin qiyməti əhəmiyyətli dərəcədə artaraq son üç həftənin maksimal səviyyəsində bərqərar olub.“APA-Economics”in məlumatına görə, son bir ayın təchizatı üzrə neft fyüçerslərinin rəsmi qiyməti Londonun “InterContinental Exchange Futures Europe - IPE Brent Crude” hərracında 1 barrelə görə 70,32 (+1,07) dollar, Nyu-Yorkun “New York Mercantile Exchange - Light, Sweet Crude Oil” hərracında 1 barrelə görə 68,05 (+0,89) dollar təşkil edib.
Neft fyüçersləri üzrə sazişlərin qiymətlərində müşahidə olunan müsbət dinamika FOREX bazarında ABŞ dollarının xeyrinə dəyişikliklərin olmaması ilə bağlıdır. Xatırladaq ki, OPEK-in neft “zəmbilinin” qiyməti 2,8% artıb və son üç həftədə ilk dəfə 1 barrelə görə 66 dolları ötüb. İyulun 23-də ticarət gününün sonuna olan məlumata əsasən, OPEK-in “zənbilinin” qiyməti 1,78 dollar bahalaşıb, onun rəsmi qiyməti isə 1 barrelə görə 66,46 dollar təşkil edib. Bu isə iyulun 2-dən bu günə kimi ən yüksək göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR