Bank Of Baku

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 679 458,3 min dollar dəyərində 1 589 527,6 ton neft məhsulları ixrac olunub

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 679 458,3 min dollar dəyərində 1 589 527,6 ton neft məhsulları ixrac olunub
# 27 iyul 2009 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 4 654 873,8 min ABŞ dolları dəyərində 13 473 463,7 ton xam neft, 679 458,3 min dollar dəyərində 1 589 527,6 ton neft məhsulları ixrac olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xam neftin 1 230 770 tonu Bakı-Novorossiysk, 2 230 357,8 tonu Bakı-Supsa, 16 840 637,4 tonu Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri, 582 733,5 tonu isə dəmir yolu vasitəsi ilə ixrac edilib.

İxrac edilmiş xam neft ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına düşüb. Neft məhsullarının 71,63%-i ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 24,27%-i «Azərbaycan Hava Yolları» QSC-nin «Azal-OİL» YSM İdarəsi, 3,06%-i «Azneftyağ» İstehsalat Birliyi və 0,68%-i «Az Trans Reil» MMC-nin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR