Bank Of Baku

«Bakıelektrikşəbəkə» bu gecədən borclu abonentlərin enerji təchizatını dayandıracaq

«Bakıelektrikşəbəkə» bu gecədən borclu abonentlərin enerji təchizatını dayandıracaq
# 27 iyul 2009 15:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu gecədən etibarən ayın sonuna qədər borclu abonentlərin enerji təchizatını dayandıracaq. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, səhmdar cəmiyyəti iyul ayını 100% ödəniş ayı elan edib. Bu günə qədər abonentlərin böyük hissəsi istehlak etdiyi enerjinin haqqını ödəyib. Hazırda cəmi bir neçə min borclu abonent qalır.

«Ötən həftə edilmiş xəbərdarlığa baxmayaraq, borcunu ödəməyən abonentlərin enerji təchizatı qeyd-şərtsiz dayandırılacaq. Artıq bu gündən «Bakıelektrikşəbəkə»nin əməkdaşları gecə saatlarında da işləyərək borclu abonentləri şəbəkədən ayıracaqlar», - deyə T. Mustafayev vurğulayıb.

«Bakıelektrikşəbəkə» nümayəndəsinin sözlərinə görə, enerji təchizatı dayandırılmış abonentlərin borclarını ödədikləri təqdirdə belə təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 min abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR