Bank Of Baku

Avropa Komissiyasının nümayəndəsi: “Azərbaycanın Rusiya ilə əməkdaşlıq etməsi, bu ölkənin “Nabucco” layihəsində iştirakına mane olmur”

Avropa Komissiyasının nümayəndəsi: “Azərbaycanın Rusiya ilə əməkdaşlıq etməsi, bu ölkənin “Nabucco” layihəsində iştirakına mane olmur”
# 28 iyul 2009 07:31 (UTC +04:00)
“Bu gün imkanlar var ki, bu kəməri Azərbaycan, İran və digər mənbələr, o cümlədən Misir qazla təchiz etsin. Azərbaycan Rusiya ilə başqa layihə üzrə əməkdaşlıq edir, lakin bu, Azərbaycanın “Nabucco” layihəsində iştirakına mane olmur”.

Xatırladaq ki, “Nabucco” layihəsi üzrə hökumətlərarası saziş iyulun 13-də Ankarada imzalanıb. Sazişə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan və Rumıniya imza atıblar. Almaniya tranzit ölkə olmadığına görə sazişi imzalamayıb. 7,9 milyard avro dəyəri olan “Nabucco” kəməri Xəzər hövzəsindən hasil olunan qazın Avropa İttifaqı ölkələrinə çatdırılmasını nəzərdə tutur. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq, kəmərlə ilk daşımalara 2014-cü ildə start veriləcək. Kəmərin illik daşıma gücü 31 milyard kubmetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR