Bank Of Baku

«Günəşli» yatağında yeni quyularda qazma işləri aparılır

«Günəşli» yatağında yeni quyularda qazma işləri aparılır
# 28 iyul 2009 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) strukturuna aid olan «Günəşli» yatağında yeni quyularda qazma işləri aparır. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi «Günəşli» yatağındakı 61 nömrəli quyuda qazma işlərini davam etdirir. Belə ki, 10 nömrəli platformadan Qirməki altı lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 3 500 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 40 ton neft və 300 min kubmetr qaz hasil ediləcək.

Bundan başqa, «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi «Günəşli» yatağında daha bir - 90 nömrəli quyuda qazma işlərini həyata keçirir. Quyunun layihə dərinliyi 3 800 metrdir. 19 nömrəli platformadan Qala lay dəstəsinə qazılan quyuda qazma işləri artıq 2 884 metrə çatdırılıb.

Quyudan sutkada 400 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR