Bank Of Baku

Cari ilin yanvar-iyun aylarında Azərbaycan 7 953 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan 7 953 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib
# 28 iyul 2009 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 223,4 mln. kVt/saat həcmində elektrik enerjisi ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac edilmiş elektrik enerjisinin dəyəri 7 953 min ABŞ dolları təşkil edib. Yanvar-iyun aylarında ixrac edilmiş elektrik enerjisinin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5% azalsa da, dəyəri 17,5% çox olub.

Hesabat dövründə Azərbaycan cəmi 2 608,5 min dollar dəyərində 69,7 mln.kVt/saat elektrik enerjisi idxal edib.

Qeyd edək ki, 2009-ci ilin 6 ayı ərzində Azərbaycanın enerji sistemində 10,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR