Bank Of Baku

«Neft Daşları» NQÇİ yüksək debitli quyu istismara verib

«Neft Daşları» NQÇİ yüksək debitli quyu istismara verib
# 29 iyul 2009 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Neft Daşları» NQÇİ-nin fəaliyyətdə olan quyu fonduna 2 283 nömrəli yüksək debitli quyu qəbul edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, quyu 2 443 metr dərinlikdən 67 ton neft verir. Ehtiyatda isə daha bir neçə məhsuldar horizont mövcuddur. Sözügedən quyu 2006-cı ildə «Neft Daşları» yatağının çoxlaylı 5-ci blokunda istifadəyə verilmiş 1 887 nömrəli platformadan qazılıb. Platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub ki, geoloqların proqnozlarına görə, həmin quyulardan sutkada 1 000 ton neft almaq planlaşdırılır. Bu da, orta hesabla hər quyudan 30 ton neft almağa imkan verir.
Ötən 3 il ərzində yeni platformadan 18 quyu qazılıb ki, onlardan 14-ü xəttə işləyir, 3-ü isə təmir gözləyir. Daha 1 quyu mənimsəmədədir və yaxın günlərdə fəaliyyətdə olan fonda qəbul ediləcək. Ümumilikdə bütün işləyən quyular sutkada 420 ton neft verir.
Qeyd edək ki, 2009-cu ildə «Neft Daşları» NQÇİ 6 quyunu istismara buraxacaq ki, bu da, platformadan sutkalıq neft hasilatını 570 tona çatdırmağa imkan yaradacaq. Ümumilikdə bu il «Neft Daşları» NQÇİ-nin yataqlarında 21 yeni quyunun qazılacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR