ARDNŞ-yə «Fitch Ratings» beynəlxalq agentliyi tərəfindən reytinq verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təqdimat mərasimini açan ARDNŞ prezidenti Rövnəq Abdullayev qonaqlara şirkətin Azərbaycan iqtisadiyyatındakı rolundan söz açıb. O qeyd edib ki, ARDNŞ 100% dövlət şirkəti olsa da, tam mənada kommersiya qurumu kimi fəaliyyət göstərir. Şirkətin son illərdə əldə etdiyi nailiyyətlərdən, iştirak etdiyi beynəlxalq miqyaslı iri layihələrdən söz açan R.Abdullayev bu layihələr sırasında Türkiyə və Gürcüstanda həyata keçirilən işləri də vurğulayıb.
«Türkiyənin ən böyük neft-kimya şirkəti olan «Petkim» ARDNŞ tərəfindən əldə ediləndən sonra yüksək səviyyəli menecment hesabına dünyada baş verən maliyyə-iqtisadi böhranı şəraitində gəlirlə işləməyə müvəffəq olub», - deyə ARDNŞ-ın prezidenti bildirib.
Gürcüstan iqtisadiyyatına indiyədək ARDNŞ tərəfindən 400 mln. ABŞ dolları həcmində vəsaitin qoyulduğunu bildirən R.Abdullayev bu ölkədə böyük neft terminalının alındığını, ARDNŞ-nin artıq Gürcüstan yanacaq və qaz bazarının 75%-nə nəzarət etdiyini vurğulayıb. Dünyanın müxtəlif şirkətlərinin potensialının onlara verilən reytinqlərlə qiymətləndirildiyini söyləyən ARDNŞ prezidenti rəhbərlik etdiyi şirkətin beynəlxalq aləmdə tanınan reytinq şirkətləri – «Fitch Ratings» və «Moody’s» ilə əməkdaşlıq etdiyini bildirib. Ötən il «Fitch», bu il isə «Moody’s»lə reytinq alınması üzrə müqavilələrin bağlandığını deyən R.Abdullayev «Fitch» təmsilçilərinin ARDNŞ-nin göstəriciləri ilə tanış olduqdan sonra şirkətə müvafiq reytinq veriləcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan birinə çevrildiyini vurğulayan ARDNŞ prezidenti ölkənin iştirak etdiyi «Cənub Dəhlizi» layihəsinin əhəmiyyətindən də söz açıb. Ölkənin hazırda bir neçə istiqamətdə neft və qaz ixrac etdiyini deyən R.Abdullayev Azərbaycan qazına bu gün böyük marağın olduğunu, ölkənin Rusiya, İran, Gürcüstan, Türkiyə, Yunanıstan kimi ölkələrə qaz ixrac etmək imkanlarına malik olduğunu bəyan edib. ARDNŞ-yə təklif edilən bütün layihələrin diqqətlə öyrənildiyini deyən şirkət prezidenti daha risksiz və gəlirli layihələrə üstünlük veriləcəyini bildirib. ARDNŞ-nin yeni strukturlarda kəşfiyyat və qazma işlərinə start verdiyini qeyd edən R.Abdullayev həmçinin bildirib ki, görüləcək işlər nəticəsində yaxın illərdə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 5 trln. kubmetrə çatdırılacaq.
Sonra ARDNŞ İqtisadiyyat və Uçot İdarəsinin Birgə Layihələr şöbəsinin rəisi Ənvər Qasımov «Fitch Ratings» təmsilçiləri üçün ARDNŞ-nin strukturunu, istehsal göstəricilərini, iştirak etdiyi layihələri əks etdirən slaydlar vasitəsilə geniş təqdimat keçirib. O, ARDNŞ-nin regionda qabaqcıl şirkət kimi fəaliyyəti, Gürcüstan və Türkiyədə həyata keçirilən iri miqyaslı layihələrdə iştirakı barədə ətraflı məlumat verib.
Qeyd edək ki, «Fitch» agentliyi tərəfindən ARDNŞ-ə reytinqin verilməsi Dövlət Neft Şirkətinin transmilli şirkətə çevrilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.
Sənaye və energetika
“AzerGold” və onun törəmə şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb
Azərbaycan nefti 76 dollara ticarət olunur
ABŞ-ın kommersiya neft ehtiyatları 413 mln. bareldən aşağı enib
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
Xəbər Lenti
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ