Bank Of Baku

Türkiyə və Gürcüstan arasında yeni enerji müqaviləsi imzalanıb

Türkiyə və Gürcüstan arasında yeni enerji müqaviləsi imzalanıb
# 30 iyul 2009 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə və Gürcüstan arasında elektrik enerjisinin ötürmə xəttinin yenidən qurulması və ötürmə gücünün artırılmasına dair müqavilə imzalanıb. «APA-Economics»in məlumatına görə, müqaviləyə əsasən 155 km-lik (130 km Türkiyədə, 25 km Gürcüstanda) «Borçka-Ahıska» yüksək gərginlikli elektrik verilişi xətti yenidən qurulacaq. Xəttin ötürmə gücü yenidənqurmadan sonra 1000 MV-t təşkil edəcək. Xəttin yenidən qurulmasına 140 mln. ABŞ dolları investisiya yatırılacaq. İşlərin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bildirib ki, bu xətt Türkiyə enerji sistemini Qafqaz ölkələrinin enerji sistemləri ilə birləşdirəcək.

Gürcüstanın enerji naziri Aleksandr Xetaquri isə qeyd edib ki, gələcəkdə bu xətt sayəsində Gürcüstanla yanaşı Azərbaycan da özünün enerji ixracını həyata keçirə bilər.

Türkiyə və Gürcüstan arasında imzalanmış müqaviləni «APA-Economics»ə şərh edən «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, bu anlaşma yaxın gələcəkdə Azərbaycanın da istehsal etdiyi elektrik enerjisinin bir hissəsini Avropa bazarlarına çıxarmasına imkan yaradacaq. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında şəbəkələrin birləşdirilməsi üçün xeyli işlərin görülməsinə ehtiyac var.

«Bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik verilişi xətti tikilməli, mövcud xətlər və infrastruktur bərpa olunmalıdır. Bu da xeyli vaxt və böyük investisiyalar tələb edir», - deyə M.Əsgərov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR