Bank Of Baku

«Enerji Körpüsü» (Power Bridge) layihəsi üzrə işlərə avqust ayında start veriləcək

«Enerji Körpüsü» (Power Bridge) layihəsi üzrə işlərə avqust ayında start veriləcək
# 30 iyul 2009 09:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avqust ayında Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış «Enerji Körpüsü» (Power Bridge) layihəsi üzrə işlərə start veriləcək. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçiriləcək. İşlər paralel olaraq Gürcüstanda da aparılacaq. Layihə üzrə işlər yekunlaşdıqdan sonra Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisinin ixracını həyata keçirə biləcək.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar. Bununla bərabər, yaradılacaq İşçi Qrupu hər bir ölkədə şəbəkələrin cari vəziyyətini təhlil edib və modelin reallaşdırılması perspektivləri baxımından lazımi investisiyanı dəqiqləşdirəcək. Layihə reallaşdırıldıqdan sonra Azərbaycan Türkiyəyə 450 MVt , Gürcüstana isə 150 MVt elektrik enerjisi ixrac edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR