Bank Of Baku

“Azərenerji” yeni fasiləsiz elektrik enerjisi təchizatı mənbəyi ilə təmin edilir

“Azərenerji” yeni fasiləsiz elektrik enerjisi təchizatı mənbəyi ilə təmin edilir
# 30 iyul 2009 12:38 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. AZEL şirkəti “Azərenerji” ASC ilə fasiləsiz elektrik enerjisi təchizatı mənbəyini təmin etməsi ilə bağlı danışıqlar aparır.
«APA-Economics»in məlumatına görə, avadanlıq “Azərenerji”nin sistemində online informasiya mübadiləsini təmin edən “SCADA” dispetçer mərkəzinin və digər İT avadanlığın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulur.
Bu layihə çərçivəsində təklif edilən “Smart-UPS” elektrik enerjisi təchizatının qorunması qurğuları serverlərin və server otaqları, İP-şəbəkələr və məlumatların emalı mərkəzləri təxsis edilib. Şirkət bu ilin sentyabr ayınadək “Azərenerji” ASC-ni tələb olunan avadanlıqla təchiz edəcək.
Ümumiyyətlə, bu il ərzində şirkət artıq Nazirlər Kabinetini və Heydər Əliyev Fondunu APC-nin 40 KVa qüclü UPS-lərlə təchiz edib.
Xatırladaq ki, “Schneider Electric” Fransa şirkəti elektrik enerjisi paylanması və sənaye proseslərinin avtomatlaşdırması üzrə dünya liderlərinin qrupuna daxildir: şirkətin resursları dünya üzrə yerləşmiş 205 zavoddan, 106 ölkədə 100 mindən artıq əməkdaşdan ibarətdir. APC-lər ev istifadəçiləri, orta və kiçik biznes, Məlumatların İşlənməsi Mərkəzləri üçün nəzərdə tutulub. Birləşdirilmiş şirkət bir sıra sahələr üzrə geniş çeşidli həllər paketi təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR