Bank Of Baku

“Azərbaycan” kran gəmisi Xəzərin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağına yola düşüb

“Azərbaycan” kran gəmisi Xəzərin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağına yola düşüb
# 31 iyul 2009 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının 2500 ton yükgötürmə qabiliyyətinə malik olan “Azərbaycan” kran gəmisi Xəzər dənizin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağına yola düşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Kran gəmisini “Andoqa” yedək gəmisi nəql edir. “Azərbaycan” kran gəmisi “LUKoyl” şirkətinə məxsus “Yuri Korçagin” yatağında neft hasil edən 950 ton çəkiyə malik platformanı quraşdıracaq. Həştərxanda inşa edilmiş platforma hazırda ARDNŞ-yə məxsus STB-1 özüboşaldan nəql barjına yüklənir. Yükgötürmə qabiliyyəti 18 min ton olan və platformaların inşaat meydançasından dənizdəki quraşdırılma nöqtəsinə daşınmasını həyata keçirən barj iri yüklərin göyərtəyə qaldırılması və heç bir kranın iştirakı olmadan açıq dənizdə boşaldılması üçün nəzərdə tutulmuş hidravlik idarə edilən dartıcı qurğularla təchiz edilib.

“Yuri Korçagin” yatağında platforma “Azərbaycan” kran gəmisi vasitəsilə yerinə qoyularaq dənizin dibinə bərkidiləcək. “Azərbaycan” kran və “Andoqa” yedək gəmilərinin yaxşı hava şəraitində icarə müddəti 60 gündür.

Qeyd edək ki, bununla yanaşı, Xəzər Dəniz Neft Donanmasının “Aura”, “Om”, “Lyutoqa” və “Vadim Seyidov” yedək təchizat gəmiləri “Yuri Korçagin” yatağına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR