Bank Of Baku

Cari ilin yanvar-iyul aylarında “Azərenerjin”nin xidmət şəbəkəsi üzrə istehlakın həcmi azalıb

Cari ilin yanvar-iyul aylarında “Azərenerjin”nin xidmət şəbəkəsi üzrə istehlakın həcmi azalıb
# 31 iyul 2009 09:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyul aylarında “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin xidmət etdiyi şəbəkələr üzrə ümumilikdə 1,99 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 20%-ə yaxın azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə 85,9% olub. Ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8,1% artıb. O cümlədən daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 279,2 mln. kVt/saat azalaraq 681,9 mln. kVt/saata yaxın olub. Ödəniş isə 87,8% təşkil edib.

Cari ilin 6 aylıq yekununda Şirvan və Mingəçevir şəhər elektrik şəbəkələri (ŞEŞ), Hacıqabul, Ağstafa, Ucar, Göyçay və Tovuz paylayıcı elektrik şəbəkələri (PEŞ) ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə ediblər. Ümumiyyətlə, ən yüksək göstərici Hacıqabul PEŞ-də (118,9%), ən aşağı isə Ağdam PEŞ-də (62,9%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR