Bank Of Baku

Azərbaycanda sənaye istehsalı indeksi iyunda kəskin azalıb

Azərbaycanda sənaye istehsalı indeksi iyunda kəskin azalıb
# 04 avqust 2009 13:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (industrial production index – IPI) 2009-cu ilin iyun ayında 103,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin may ayında 131,1%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsulunun pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə edilən nisbəti kimi hesabanır. Yəni, indeks iyun ayında istehsal edilmiş məhsulun dəyəri (1 901,8 mln. manat) may ayında istehsal olunmuş məhsulu dəyərinə (1 835,2 mln. manat) bölünməsi ilə hesablanır.

İndeksin azalması həmçinin qeyri-neft sektorunda müşahidə olunub. Belə ki, iyun ayında qeyri-neft sektoru üzrə IPI 97,3% təşkil edib ki, bu da may ayının göstəricisindən çox azdır. Xatırladaq ki, mayda həmin indeks 131,9%-ə bərabər olub.

Beləliklə, may ayında müşahidə olunan sənaye istehsalının artmasından sonra iyunda bu makroiqtisadi göstəricinin azalması baş verib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-iyun aylarında Azərbaycanın sənaye kompleksində 9 314,3 mln. manat həcmində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1% çox məhsul istehsal edilib və xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR