Bank Of Baku

Asiya İnkişaf Bankının energetika missiyası Bakıya gəlib

Asiya İnkişaf Bankının energetika missiyası Bakıya gəlib
# 04 avqust 2009 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın elektrik enerjisi sektorunda layihələrin maliyyələşdirilməsi ilə bağlı missiyası Bakıda səfərdədir.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyanın bu gün başlayan səfəri avqustun 6-dək davam edəcək. Səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycan Maliyyə Nazirliyi, «Azərenerji» ASC-də, həmçinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərində görüşlər keçirəcək.

Missiyanın tərkibinə AİB-in energetika sahəsi üzrə mütəxəssisləri xanım Kleo Kavavaki və Martin Endelman daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR