Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Ekoloji park»ın salınması istiqamətində iş aparır

Azərbaycan Dövlət Neft Şirkəti «Ekoloji park»ın salınması istiqamətində iş aparır
# 05 avqust 2009 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARNDŞ) Abşeron yarımadasında ekoloji vəziyyətin normallaşdırılması məqsədi ilə yaşıllıq zolaqlarının artırılması, buradakı iqlim şəraitinə introduksiya oluna bilən ekzotik ağac-kol və digər dekorativ bitkilərin becərilməsi, Abşeronun nəsli kəsilmək təhlükəsi olan nadir, relikt və endemik bitkilərindən ibarət kolleksiyanın yaradılması üçün H.Z.Tağıyev adına NQÇİ–nin 9,3 hektar ərazisində «Ekoloji park»ın salınmasına dair işləri davam etdirir.

ARNDŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu parkın yaradılması yaşıllıqların salınmasına çəkilən xərclərin dəfələrlə azaldılmasına imkan verəcək. «Ekoloji park»da 50x100 metr ölçüdə müasir tələblərə cavab verən istixananın və onun nəzdində toxum yetişdirmə, qələm, dendrarium və şitilbecərmə bölmələrinin yaradılması, şitilxananın su və enerji təchizatını təmin etmək üçün müvafiq mənbələrdən su, qaz və elektrik xətlərinin çəkilməsi, ümumi sahəsi 240 kvadrat metr olan anbarın tikilməsi, istixananın və ümumilikdə şitilxananın su təchizatını müasir suvarma sistemi ilə təmin edəcək monomolekulyar bioloji aktiv su ilə suvarılması üçün lazımi infrastrukturun yaradılması, ümumi həcmi 200 kubmetr olan yeraltı su anbarının, nasosxananın, inzibatı binanın inşa edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müəyyən işlər görülüb və ərazinin hasara alınması başa çatmaq üzrədir. Payız aylarından (oktyabr-noyabr) başlayaraq ərazinin təxminən 2 hektarlıq hissəsində açıq şitilliyin salınması planlaşdırılır. İlkin olaraq parkın şitilxana hissəsində, xüsusi qablarda ağac-kol tinglərinin yetişdirilməsi nəzərdə tutulur. Parkın ətrafı boyu yaşıl səddin yaradılması məqsədi ilə Eldar şamı, Şərq çinarı, piramidavari sərv, adi göyrüş və s. kimi növlərdən 3-4 sıra tinglər əkiləcək. Hazırda torpağı münbitləşdirilmək məqsədi ilə park ərazisinə üzvi gübrənin daşınması və sahələrin planlaşdırılması işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR