Bank Of Baku

Azərbaycanda mal ehtiyatları indeksinin azalması davam edir

Azərbaycanda mal ehtiyatları indeksinin azalması davam edir
# 06 avqust 2009 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2009-cu ilin iyul ayının 1-i vəziyyətinə mənfi 1,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu indeksin may və iyun aylarında azalması müşahidə olunub. Belə ki, iyunun 1-nə mal ehtiyatları indeksi mənfi 1,4%-ə, mayın 1-nə isə müsbət 7,8%-ə bərabər olub.

Qeyd edək ki, bu indeks son iki ayın göstəricilər arasındakı fərqinin sonuncu, hesabat ayının mal ehtiyatlarının həcm göstəricisinə nisbəti kimi hesablanır. Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin anbarlarında 2009-cu ilin iyul ayının 1-nə 216,7 mln. manatlıq və ya iyun ayının əvvəlinə nisbətən 3,3 mln. manat az hazır məhsul ehtiyatı olub.

Məlumat üçün bildirək ki, sənaye istehsalında mal ehtiyatları indeksinin yüksəlməsi, hətta onun müsbət rəqəmlə ifadə olunması mal ehtiyatlarının artmasını göstərir. Bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi qiymətləndirilir, çünki son istehlakın azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR