Bank Of Baku

Azərbaycan iyulda elektrik enerjisi istehsalını artırıb

Azərbaycan iyulda elektrik enerjisi istehsalını artırıb
# 06 avqust 2009 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ayla müqayisədə 7,7% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Hesabat ayında istehsalın 1,2 mlrd. kVt/saatından bir qədər artıq istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saata yaxın isə su elektrik stansiyalarının (SES) payına düşüb.

Cari ilin ilk yeddi ayı ərzində isə ölkədə istehsal olunan elektrik enerjisinin ümumi həcmi 11,5 mlrd. kVt/saata yaxın olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% çoxdur.

Qeyd edək ki, iyul ayında Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR