Bank Of Baku

«SOCAR Energy Georgia» bu il yanacaqdoldurma məntəqələrinin sayını 35-ə çatdıracaq

«SOCAR Energy Georgia» bu il yanacaqdoldurma məntəqələrinin sayını 35-ə çatdıracaq
# 06 avqust 2009 11:04 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda törəmə qurumu olan «SOCAR Energy Georgia» şirkəti pərakəndə sektorda fəaliyyətini genişləndirmək niyyətindədir.

«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, bunu «SOCAR Energy Georgia»nın direktoru Mahir Məmmədov deyib: «Bis SOCAR brendi altında yanacaqdoldurma məntəqələri açmaq və Gürcüstan neft bazarındakı iştirak payımızı artırmaq istəyirik. Hazırda Gürcüstanın benzin bazarında payımız 50%, dizel bazarında isə 60%-dir».

M.Məmmədovun sözlərinə görə, «SOCAR Energy Georgia»nın hazırda Gürcüstan ərazisində 23 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu ilin payızında Kvemo Kartli regionunun Marneuli və Kaxeti regionunun Saqareco rayonunda yeni yanacaqdoldurma məntəqələri açmaqla, onların ümumi sayının 30-35-ə çatdırılması planlaşdırılır.

«SOCAR Energy Georgia» Azərbaycandan Gürcüstana hər ay orta hesabla 20 min ton neft məsulu, o cümlədən 15 min ton benzin idxal edir.

Xatırladaq ki, ARDNŞ 2008-ci il aprelin 25-də Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksi istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR