Bank Of Baku

Azərbaycan prezidenti bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 06 avqust 2009 14:52 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla bp arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın gələcəkdə də genişlənməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb.

bp-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlis “bp-Azərbaycan” şirkətinin vəzifəsini başa vurmuş rəhbəri Bill Şreyderin yerinə Rəşid Cavanşirin təyin olunduğunu bildirərək, bu təyinatın azərbaycanlı kadrların bp-nin fəaliyyətində yaxından iştirakının yaxşı nümunəsi olduğunu deyib.

Dövlət başçısı Bill Şreyderin ölkəmizlə bp arasında əməkdaşlığın genişlənməsindəki xidmətlərini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev azərbaycanlı kadrın “bp-Azərbaycan” şirkətinin prezidenti vəzifəsinə təyin olunmasını Azərbaycanla bp arasında səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR