Bank Of Baku

«BP-Azerbaijan» şirkətinin prezidenti Rusiyaya təyinat alıb

«BP-Azerbaijan» şirkətinin prezidenti Rusiyaya təyinat alıb
# 07 avqust 2009 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkətinin prezidenti Bill Şreyder Rusiyada fəaliyyət göstərən «TNK-BP» şirkətinə prezident təyin olunub.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu vəzifədə Tim Sammersi əvəzləyəcək.

Qeyd edək ki, B.Şreyder 2006-cı ildən «BP-Azerbaijan» şirkətinin prezidenti vəzifəsində çalışır. Sentyabrın 1-dən isə onu bu vəzifədə azərbaycanlı Rəşid Cavanşir əvəzləyəcək.

BP şirkətinin mütəxəssisləri bildiriblər ki, iri şirkətlərdə kadr rotasiyası mütəmadi olaraq baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR