Bank Of Baku

Taner Yıldız: “Azərbaycanla Türkiyənin 2015-ci ildən sonrakı qaz layihələri ilə bağlı planlarını müzakirə edəcəyik”

Taner Yıldız: “Azərbaycanla Türkiyənin 2015-ci ildən sonrakı qaz layihələri ilə bağlı planlarını müzakirə edəcəyik”
# 08 avqust 2009 10:12 (UTC +04:00)
İstanbul-APA. ’’Nabucco və Rusiya Federasiyası ilə əldə olunmuş razılıqdan sonra Azərbaycana gedirik. Azərbaycandakı görüşlərin müsbət keçəcəyinə çox ümidliyik. Bu görüşlərdə Türkiyənin 2015-ci ildən sonrakı qaz layihələri ilə bağlı planlarını müzakirə edəcəyik. İnşallah, əhəmiyyətli bir görüş olacaq”. APA-nın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikasına səfərindən öncə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib.
Nazir deyib ki, hazırda Azərbaycanla Türkiyə arasında “Şahdəniz” layihəsinin birinci fazası üzrə qiymət razılaşması, layihənin ikinci fazası üzrə isə nəql olunacaq qazın həcmi, tranzit şərtləri ilə bağlı danışıqlar davam edir.
T. Yıldız deyib ki, bugünkü görüşdə hər hansı razılıq sazişinin imzalanması gündəmdə deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR