Bank Of Baku

ABŞ-ın neft bazarında yeni ticarət qaydaları tətbiq olunacaq

ABŞ-ın neft bazarında yeni ticarət qaydaları tətbiq olunacaq
# 10 avqust 2009 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın Ticarət üzrə Federal Komissiyası 2009-cu ilin noyabr ayından neft bazarında aparılan ticarət əməliyyatları üzrə yeni qaydaların tətbiqinə hazırlaşır. «APA-Economics»in məlumatına görə, yeni qaydaların əsas mahiyyəti neft üzrə fyuçers bazarında manipulyasiya halları ilə mübarizə və spekulyativ imkanların aradan qaldırılmasından ibarətdir.

Belə ki, neft bazarında manipulyasiyaya görə şirkətlərə qarşı günə 1 mln. dollar məbləğində cərimənin tətbiqi nəzərdə tutulur. Ümumilikdə, yeni qaydalar neft və neft məhsulları üzrə planlaşdırılan qiymət, ehtiyat və təklif barədə həqiqətə uyğun olmayan bəyanatlara görə, həmçinin statistik göstəricilər və hesabatların saxtalaşdırılmasına görə məsuliyyəti nəzərdə tutur.

Qeyd edək ki, yeni qaydalar neftin qiymətlərinin yenidən azalmasına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR