Bank Of Baku

Azərbaycan Rusiya istiqamətində xam neft ixracını artırıb

Azərbaycan Rusiya istiqamətində xam neft ixracını artırıb
# 10 avqust 2009 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Novorossiysk limanından 247,042 min ton xam neft ixrac edib. Əvvəlki ayla müqayisədə ixracın həcmi 44,8% artıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-iyul ayları ərzində həmin istiqamətdə ümumilikdə 1 475 567 ton xam neft ixrac edilib ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə ixracın həcmi 88,6% artıb.

Qeyd edək ki, iyul ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 64,61 ABŞ dollarına, Ural nefti – 64,85 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 65,11 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR