Bank Of Baku

İqdırdan Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi barədə niyyət protokolu imzalanıb

İqdırdan Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi barədə niyyət protokolu imzalanıb
# 10 avqust 2009 11:19 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, imzalanma Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın Naxçıvana səfəri zamanı həyata keçirilib. Mərasimdə çıxış edən Taner Yıldız “İqdırdan Naxçıvana təbii qaz xətinin çəkilməsi üçün niyyət protokolu imzalayacağıq. Bu, bir millət iki dövlət prinsipinin daha da möhkəmlənməsi niyyətinin də bəyanı olacaq”, deyib.

Nazir təbii qazın iki ölkə arasındakı qardaşlıq əlaqələrini daha da gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu xətlə ildə təxminən yarım milyard kub metr qazın nəqli nəzərdə tutulub: “Bu layihənin gerçəkləşməsi üçün texniki, ticarət, hüquqi mövzularda görüşlər Türkiyə tərəfindən “Botaş”, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında həyata keçiriləcək. Bununla bağlı “Botaş” və ARDNŞ təmsilçiləri sentyabrda Ankarada görüşəcəklər’’.

Niyyət protokolunu nazir Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Botaş”ın baş direktoru Saltuk Düzyol, Naxçıvan MR baş naziri Əlövsət Baxşıyev imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR