Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti iyulda neft məhsullarının ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti iyulda neft məhsullarının ixracını azaldıb
# 10 avqust 2009 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 154 862 ton neft məhsulları ixrac edib. Bu da əvvəlki ayla müqayisədə 2,9% azdır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iyulda ixrac olunmuş neft məhsullarının 26 161 tonunu avtomobil benzini, 112 093 tonunu dizel yanacağı, 16 608 tonunu təyyarə yanacağı təşkil edib.

Ümumilikdə, 2009-cu ilin yanvar-iyul ayları ərzində ARDNŞ 1 211 597 ton neft məhsulu ixracı edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 3,7% artıb.

Cari ilin yanvar-iyul aylarında ixrac olunmuş neft məhsullarının 140 227 tonunu avtomobil benzini, 859 088 tonunu dizel yanacağı, 212 282 tonunu isə təyyarə yanacağı təşkil edib.

Qeyd edək ki, 2009-cu ilin iyul ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 623,64 ABŞ dolları, təyyarə yanacağının – 562,92 dollar, dizel yanacağının – 518,95 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 382,87 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR