Bank Of Baku

Azərbaycan və Türkiyə Naxçıvana qaz kəmərinin çəkilməsi məqsədi ilə gələn ay işçi qrupu yaradacaq

Azərbaycan və Türkiyə Naxçıvana qaz kəmərinin çəkilməsi məqsədi ilə gələn ay işçi qrupu yaradacaq
# 10 avqust 2009 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Naxçıvanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ARNDŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının təbii qaz təminatı məsələləri geniş müzakirə olunub. Tərəflər Türkiyə üzərindən (İqdırdan) Naxçıvana qaz kəmərinin çəkilməsinə dair ilkin razılıq əldə edib. Razılığa əsasən, sentyabr ayında bu məsələ ilə bağlı hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq və bu qrup Türkiyə üzərindən Naxçıvana qaz kəməri çəkilməsinin texniki aspektləri ilə məşğul olacaq.

Görüşdə həmçinin, Azərbaycan qazı, o cümlədən «Şahdəniz» yatağının işlənməsinin birinci və ikinci fazası çərçivəsində hasil olunan təbii qazla bağlı kommersiya məsələləri ətrafında da növbəti danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR